Landşaft dizaynı və peşəkar suvarma sistemlərinin quraşdırılması

25 illik təcrübə ilə yaşıllığınıza dəyər qatırıq!

Gshop olaraq 25 ildir Azərbaycanda landşaft dizaynı, avtomatik və damcı suvarma sistemlərinin layihələndirilməsi, quraşdırılması və suvarma avadanlıqlarının birbaşa topdansatışı sahəsində peşəkar xidmət göstəririk.

Dünyaca məşhur ABŞ-ın Rain Bird və Almaniyanın Gardena brendlərinin Azərbaycandakı yeganə rəsmi idxalçısı və distribüteri olaraq fərdi və korporativ müştərilərimizə orijinal avadanlıqlar, etibarlı texnologiyalar və sərfəli qiymətlər təqdim edirik.

Suvarma xidməti üçün müraciət et
 photo

Hər yaşıllıq sahəsinə uyğun suvarma həlləri

Təcrübəli mütəxəssislərimiz ərazinin xüsusiyyətlərini, bitki örtüyünü və suvarma ehtiyaclarını nəzərə alaraq fərdi həllər hazırlayır. Almaniya, ABŞ, Türkiyə və Çinin yüksək keyfiyyətli avadanlıqlarından istifadə etməklə müxtəlif təyinatlı ərazilərdə suvarma sistemlərinin quraşdırılmasını həyata keçiririk.

İxtisaslaşdığımız sahələr:

1

Şəxsi bağ evləri və villalar – həyət və yaşıllıq sahələri üçün avtomatik və damcı suvarma sistemləri.

2

Yaşayış kompleksləri – geniş həyətyanı sahələr və landşaft zonaları üçün suvarma həlləri.

3

Futbol stadionları – təbii və süni qazon örtüklü meydançalar üçün ixtisaslaşdırılmış sistemlər.

4

Qolf və polo meydançaları – böyük idman sahələri üçün peşəkar suvarma infrastrukturu.

5

Meyvə bağları – kənd təsərrüfatı sahələri üçün səmərəli damcı suvarma sistemləri.

Sualınız var ?

İndi müraciət et