Gshop – bağ və həyətiniz üçün peşəkar həllər

Təqdim etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərlə müştərilərinin rəğbətini və etimadını qazanmış Gshop 1994-cü ildən etibarən fəaliyyət göstərməkdədir. Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikaları və alətləri üzrə ən məşhur firmaları olan Stihl, Viking, Gardena, Al-Ko, İsveçrənin Felco və Amerikanın Rainbird, Dewalt, Briggs&Stratton və Oregon, Koreyanın Hyundai Power Tools markalarının Azərbaycanda rəsmi distributeri olaraq orijinal keyfiyyətə malik məhsulları məhz dəyərli müştərilərimiz üçün ölkəmizə gətiririk. Məqsədimiz müştərilərimizə keyfiyyətli bağ, meşə və kənd təsərrüfatı texnikaları, həmçinin suvarma sistemlərinin satışı və quraşdırılmasını əlçatan qiymətə və keyfiyyətli şəkildə həyata keçirməkdir. Şirkətimizdə fəaliyyət göstərən təcrübəli satıcı-konsultantlar və Almaniyada mütəmadi təcrübə keçən servis mütəxəssisləri tərəfindən bağınıza və aparatlarınıza uyğun məsləhətlər ala və satış sonrası dəstəyimizdən yararlana bilərsiniz.

Keyfiyyətli və orijinal məhsullar

Gardena, Fiskars və digər tanınmış brendlərin bağ və suvarma avadanlıqlarını kəşf edin.

Peşəkar suvarma həlləri

Bağ və yaşıllıq sahələri üçün müasir suvarma sistemləri və uyğun avadanlıqlar.

Satış və servis dəstəyi

Məhsul seçimindən satış sonrası xidmətə qədər ehtiyaclarınıza uyğun dəstək.